Azərbaycan gimnastları Bolqarıstanda keçirilən yarışda mükafatlar qazanıblar

Bakı. Trend:

Noyabrın 24-də Azərbaycan gimnastları Tofiq Əliyev və Maqsud
Maxsudov 23-26 noyabr tarixlərində Sofiyada (Bolqarıstan) keçirilən
batut və tamblinq gimnastikası üzrə yaş qrupları arasında Ümumdünya
yarışında mükafatlar qazanıblar.

Bu barədə Trend-ə Azərbaycan Gimnastika Federasiyasından
bildiriblər.

Akrobatik tamblinq gimnastikası üzrə çıxış edən Tofiq Əliyev
17-21 yaş kateqoriyasında gimnastlar arasında gümüş medal
qazanıb.

Maqsud Maxsudov 15-16 yaş kateqoriyasında batut gimnastikası
üzrə bürünc medal qazanıb

Qeyd edək ki, noyabrın 23-də yarış zamanı 13-14 yaş
kateqoriyasında batut gimnastikası üzrə proqramında gimnastımız Əli
Niftəliyev gümüş medal qazanıb, 11-12 yaş kateqoriyasında sinxron
batutla tullanma proqramında isə Əmmar Baxşəliyev və Fərhad
Mustafayev bürünc medal qazanıblar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir