Azərbaycan güclü iqtisadiyyata və orduya malik olması Prezident İlham Əliyevin uğurudur – Hakan Yavuz

Bakı. Trend:

Azərbaycan hazırda güclü iqtisadiyyata, xarici diplomatiyaya və
orduya malik bir ölkədir və bütün bunların hamısı Prezident İlham
Əliyevin uğurudur.

Bunu bu gün ADA Universitetində keçirilən “Orta Dəhliz boyunca:
geopolitika, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq
konfransının iştirakçısı olan Yuta Universitetinin siyasi elmlər
professoru Hakan Yavuz tədbirdən sonra Trend-ə özəl açıqlamasında
deyib.

O qeyd edib ki, Azərbaycanda hazırda dünyada ən etibarlı
tərəfdaşlardan biridir.

“İkinci Qarabağ Müharibəsindən sonra dünyada Azərbaycanın rolu
daha da artdı. Azərbaycan Cənubi Qafqaz regionunda ən önəmli
ölkələrdən biridir. Azərbaycan hazırda güclü iqtisadiyyata, xarici
diplomatiyaya və orduya malik bir ölkədir və bütün bunların hamısı
Prezident İlham Əliyevin uğurudur”, – H.Yavuz deyib.

Türkiyəli ekspert bildirib ki, Türkiyə də hər zaman Azərbaycanın
yanındadır:

“Ermənistan Azərbaycanla sülh imzalamadıqca Türkiyənin də
Ermənistanla münasibətlərinin yaxşı olması mümkün deyil”,- deyə o
əlavə edib.

Qeyd edək ki, bu gün Bakıda, ADA Universitetində “Orta Dəhliz
boyunca: geopolitika, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda
beynəlxalq konfrans keçirilib.

Tədbirin iştirakçıları arasında ABŞ, Belçika, Bolqarıstan, Böyük
Britaniya, Fransa, İsrail, İsveçrə, İtaliya, Gürcüstan, Kanada,
Misir, Pakistan, Polşa, Rumıniya, Rusiya və Türkiyənin aparıcı
beyin mərkəzlərinin rəhbərləri və nümayəndələri də yer alıblar.

Konfransda Orta Dəhlizin təhlükəsizlik aspektləri, regionun
iqtisadi imkanları müzakirə olunub. Xüsusilə bu baxımdan Zəngəzur
dəhlizinin əhəmiyyəti, Şərq-Qərb dəhlizinin yaradacağı yeni
nəqliyyat imkanları, beynəlxalq yükdaşımalarının genişləndirilməsi
və şaxələndirilməsi məsələləri ilə bağlı fikir mübadiləsi
aparılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir