Azərbaycan nefti bahalaşıb

Bakı. Trend:

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə
Azərbaycanın yüngül neftinin qiyməti noyabrın 23-də 86,9
dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,12
dollar/barel çoxdur.

Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə
bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül
neftinin qiyməti 83,58 dollar/barel təşkil edib ki, bu da əvvəlki
göstəricidən 0,04 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə
52,86 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstərici ilə
müqayisədə 0,27 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən “Brent Dated” etalon növlü neftin
qiyməti 85,49 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 0,17
dollar/barel çoxdur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir