Azərbaycanda bankomatlar vasitəsilə kredit verilməsi planlaşdırılır

Bakı. Trend:

Azərbaycanın SINAM IT şirkəti və Litvanın BS/2 şirkətinin
Azərbaycan ofisi tərəfdaşlıq barədə memorandum imzalayıb.

Trend-in
məlumatına görə, sənəd bu gün SINAM şirkətinin prezidenti Elçin
Əliyev və BS/2 şirkətinin Azərbaycan ofisinin rəhbəri İlqar Həsənov
tərəfindən imzalanıb.

Bu əməkdaşlıq çərçivəsində bankomatlar vasitəsilə kreditlərin
rəsmiləşdirilməsi və verilməsi həllinin hazırlanması və ATM
bankomatlara inteqrasiya olunması planlaşdırılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir