Azərbaycanda qadın cəzaçəkmə müəssisəsində müasir standartlara uyğun şərait yaradılıb – BMT təmsilçisi

Bakı. Trend:

Azərbaycanda qadın cəzaçəkmə müəssisəsində müasir standartlara
uyğun şərait yaradılıb.

Trend-in məlumatına görə, bunu bu gün Ədliyyə Nazirliyinin 4
saylı cəzaçəkmə müəssisəsində Qadın Zorakılığına qarşı Beynəlxalq
Mübarizə Gününə həsr olunmuş “Gender bərbərliyinə nail olunmasında
əsas çətinliklər” mövzusunda keçirilən tədbirdə Birləşmiş Millətlər
Təşkialtının (BMT) Azərbaycandakı Rezident Əlaqələndiricisi
Vladanka Andreeva deyib.

O bildirib ki, azərbaycanlı məhbuslara çox yaxşı şərait
yaradılıb: “17 aydır ki Azərbaycanda fəaliyyət göstərirəm. İlk
dəfədir ki, buraya gəlirəm. Məhbusların peşə öyrənmələri üçün
yaradılan şərait təqdirəlayiqdir. Mən qadın məhbuslar tərəfindən
hazırlanan şirniyyatların dadına baxdım, onların əl işləri ilə
tanış oldum. Bunlar qadın məhbusların cəzaçəkmə müəssisəsində
vaxtını səmərəli keçirməsinə hesablanıb. Lakin bu peşələr cəza
müddəti bitdikdən sonra yeni həyatlarında da onlara kömək
olacaq.

Ombudsman ilə birgə 16 günlük təşkil edilən qadın zorakılığı ilə
mübarizə tədbiri çərçivəsində buranı ziyarət etdik. Biz, eyni
zamanda, Azərbaycanın 16 bölgəsinə səfər edəcəyik. Səfər
çərçivəsində bölgələrdə olan qadınların fəaliyyət sahəsini
genişləndirilməsinə çalışacağıq”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir