Azərbaycanlılar Fransada etiraz aksiyası keçirəcək

Bakı. Trend:

Noyabrın 28-də azərbaycanlılar Fransada Azərbaycana qarşı
hazılrlanan yeni qətnaməyə qarşı etiraz aksiyası keçirəcəklər.

Trend-in məlumatına görə, aksiya Fransa parlamentinin
yaxınlığında baş tutacaq.

Aksiyada xaricdə yaşayan azərbaycanlılar, disaspor üzvləri
iştirak edəcəklər.

Xatırladaq ki, oktyabrın 3-də Fransa Senatına Azərbaycana qarşı
qətnamə layihəsi təqdim edilib. Senatın altı üzvünün hazırladığı
qətnamə layihəsində Fransa hakimiyyəti və Avropa İttifaqı
ölkələrinə Azərbaycandan idxal edilən neft və qaza embarqo tətbiq
edilməsi çağırışı yer alıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir