“Azpetrol” şirkəti Suqovuşan qəsəbəsində sayca 97-cı yanacaqdoldurma məntəqəsini istismara verdi

Bakı. Trend:

Azərbaycanda ən böyük yanacaqdoldurma şəbəkəsinə malik olan
“Azpetrol” şirkəti, yanacaqdoldurma məntəqələrinin sayını və əhatə
dairəsini genişləndirməkdə davam edir.

25 noyabr tarixində “Azpetrol” şirkəti işğaldan azad olunmuş
ərazilərdə 3-cü, Respublika üzrə isə 97-cı yanacaqdoldurma
məntəqəsini istismara verdi. İşğaldan azad edilən ərazilərdə
“Azpetrol” brendi altında fəaliyyət göstərən növbəti modul tipli
yanacaqdoldurma məntəqəsi Suqovuşan qəsəbəsi ərazisində yerləşir.
Yeni yanacaqdoldurma məntəqəsində Aİ-92, Premium və Dizel yanacaq
növlərinin satışı həyata keçiriləcək. YDM ərazisində 4 yeni iş yeri
yaradılıb.

Beləliklə, “Ağalı YDM”, “Hadrut YDM” və “Suqovuşan YDM”-nin
işçilərini nəzərə alaraq, “Azpetrol” şirkəti işğaldan azad edilmiş
ərazilərdə artıq 13 daimi iş yerinin açılmasını təmin edib.

“Azpetrol” şirkətin ilk yanacaqdoldurma məntəqəsi – “Spartak”,
1997-ci il iyulun 15-də Bakı şəhəri, Nəsimi rayonu, Moskva
prospekti, 1013-cü məhəllə ünvanında açılıb. “Azpetrol” şirkətinin
hazırda ölkəmizin əksər iqtisadi zonalarında ümumilikdə 97
yanacaqdoldurma məntəqəsi, 2 maye qazdoldurma (propan-butan)
məntəqəsi, ictimai nəqliyyatda sərnişindaşımaya xidmət edən
respublikada ən muasir standartlara cavab verən 1 sıxılmış təbii
qaz (CNG) terminalı, yanacaq məhsullarının saxlanılması üçün 3
Neftbazası, yanacaqdaşıyan maşınlar üçün Avtobaza, yanacağın
yanacaqdoldurma məntəqələrinə fasiləsiz daşınmasını təmin etmək
üçün 100 yanacaq daşıyan avtomobili, minik maşınları üçün Avtosahə
mövcuddur. Fəaliyyət göstərən yanacaqdoldurma məntəqələrində 4
sıxılmış təbii qazdoldurma postu, 3 maye qazdoldurma postu və 17
elektromobillərin enerji ilə doldurulma postu, 8 motel, eyni
zamanda müxtəlif xidmətlərin göstərilməsi üçün əksər məntəqələrdə
iaşə obyektləri (kafe, avtoyuma, market) fəaliyyət göstərir.

Azpetrol – Daim inkişafa doğru!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir