Bakı limanı vasitəsilə tədarük 20 faiz artıb – Taleh Ziyadov

Bakı. Trend:

Azərbaycan Avropa ilə Asiya arasında əlaqələndirici halqa olmaq
niyyətindədir.

Trend-in məlumatına görə, bunu bu gün ADA
Universitetində keçirilən “Orta Dəhliz boyunca: geosiyasət,
təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfransda
Bakı Beynəlxalq Dəniz Ticarət Limanının baş direktoru Taleh Ziyadov
deyib.

Onun sözlərinə görə, bu kontekstdə Ələt azad iqtisadi zonası və
Bakı limanı vacib rol oynayacaq.

“Bizim inkişaf strategiyamız dayanıqlı “yaşıl” dəhlizin
yaradılmasına yönəlib. Son dövrlərdə liman vasitəsilə tədarük 20
faiz artıb”, – deyə o bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir