Bakıdakı gimnastika arenası gözəl və genişdir – Qazaxıstandan olan gənc gimnast

Bakı. Trend:

Bakıdakı gimnastika arenası gözəl və genişdir, yarış zalı
böyükdür, məşq və çıxışlara hazırlıq üçün də geniş yer var.

Bunu cümə günü Trend-ə bədii gimnastika üzrə 1-ci “Ocaq”
beynəlxalq kubokunun iştirakçısı, Qazaxıstandan olan gənc idmançı
Raminə Axmetjanova deyib.

“Sabahdan “Ocaq” beynəlxalq kubokunda iştirakıma başlayacağam və
bu gün tamaşaçı kimi çıxışların gedişini izləyirəm. Yarışlar
maraqlı, möhtəşəm keçir, qarşıdakı günü səbirsizliklə gözləyirəm”,
– deyə gənc idmançı bildirib.

“Böyük gimnastların lentlə hazırladıqları kompozisiyalar xoşuma
gəlir. Bununla belə, lent mürəkkəb gimnastika alətidir və onunla
işləmək asan deyil”, – o əlavə edib.

Qeyd edək ki, 1-ci “Ocaq” beynəlxalq kuboku noyabrın 25-27-də
keçiriləcək. 13 ölkənin nümayəndəsi “Ocaq” idman klubunun ilk
beynəlxalq tədbrində qüvvələrini sınayır. Yarışlarda 2007-2016-cı
il təvəllüdlü gimnastlar həm fərdi, həm də qrup hərəkətlərdə
iştirak edir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir