Bu il pasportlaşdırılan abidələrin sayı açıqlanıb

Bakı. Trend:

Bu ilin 10 ayı ərzində 54 abidə pasportlaşdırılıb, 273 abidənin
isə mühafizə zonaları üçün layihələndirilməsi prosesi olub.

Trend xəbər verir ki, bunu mədəniyyət naziri Anar Kərimov
deyib.

Nazir bu proseslərin abidələrə kənar müdaxilələrin qarşısının
alınması üçün edildiyini diqqətə çatdırıb:

“Ötən dövr ərzində abidələrin pasportlaşdırılması və
layihələndirilməsi statistikasında müsbət tendensiyanın şahidi
olmuşuq. 2021-ci ildə 154 abidə pasportlaşdırılıb, 107 abidənin isə
mühafizə zonaları üçün layihələndirilməsi prosesi olub”, –
A.Kərimov qeyd edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir