Cəbrayılda Ailə Sağlamlıq Mərkəzi fəaliyyətə başlayıb (FOTO)

Bakı. Trend:

Bu gün işğaldan azad edilmiş Cəbrayıl şəhərində Ailə Sağlamlıq
Mərkəzi (ASM) fəaliyyətə başlayıb.

TƏBİB-dən Trend-ə verilən
məlumata görə, Ailə Sağlamlıq Mərkəzi TƏBİB-in İcraçı direktoru
Vüqar Qurbanovun əmri ilə TƏBİB-in tabeliyindəki Biləsuvar rayonu
ərazisində fəaliyyət göstərən Cəbrayıl Rayon Mərkəzi Xəstəxanasının
tabeliyində yaradılıb.

Mərkəz 6 otaqdan ibarətdir. Tibb müəssisəsində Cəbrayıl Rayon
Mərkəzi Xəstəxanasından ezam olunan 16 nəfər (tibb və qeyri-tibb)
növbəlilik əsasında xidmət göstərəcək. Hər növbədə həkim, tibb
bacısı, sürücü və xadimə 24 saat fasiləsiz vətəndaşların xidmətində
olacaq.

Sağlamlıq mərkəzinin binası əsaslı təmirdən sonra istifadəyə
verilib və 10 minə qədər vətəndaşa xidmət göstərilməsi nəzərdə
tutulub. Müəssisə bütün zəruri tibbi avadanlıqlar və vasitələrlə
təmin edilib.

Mərkəzdə təcili və təxirəsalınmaz tibbi yardım xidməti təşkil
edilib və ambulansla tam təchiz olunub.

Mərkəzin açılışında TƏBİB-in Koordinasiya şöbəsinin müdiri
Mübariz Ağayev, Cəbrayıl Rayon Mərkəzi Xəstəxanasının direktoru
Anar Zamanov və Ailə Sağlamlıq Mərkəzində çalışan tibb işçiləri
iştirak edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir