DÇ-2022: Braziliya millisi Serbiya seçməsini məğlub edib

Bakı. Trend:

Qətərdə keçirilən dünya çempionatında daha bir qarşılaşma
keçirilib.

Trend-in
məlumatına görə, G qrupunun ikinci matçında Braziliya millisi
Serbiya seçməsi ilə qarşılaşıb. Görüşdə Braziliya komandası
rəqibini iki cavabsız qolla məğlub edib. Matçda hər iki qolu
Riçarlison vurub. Futbolçu 62-ci və 73-cü dəqiqələrdə fərqlənərək
komandası üçün 2:0 hesablı qələbəni təmin edib.

Qeyd edək ki, noyabrın 24-də keçirilmiş qrupun ilk oyununda
İsveçrə millisi Kamerun yığması üzərində minimal hesablı qələbə
qazanıb – 1:0.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir