Deputatların qaldırdıqları məsələlərə baxılacaq – Samir Şərifov

Bakı. Trend:

Deputatların büdcə müzakirələri zamanı təmsil etdikləri
regionların qaz və su təchizatı, məktəblərin tikintisi, yol
infrastrukturu və digər məsələlərlə bağlı təkliflərinə aidiyyəti
qurumlar tərəfindən baxılacaq.

Trend-in məlumatına görə, bunu maliyyə naziri Samir Şərifov
Milli Məclisin bu gün keçirilən iclasında büdcə müzakirələri zamanı
deyib.

Nazir bildirib ki, qaldırılan məsələlərin 2023-cü il büdcəsi
çərçivəsində həll edilməsi və ya növbəti ilin dövlət büdcəsinə
daxil edilməsi ilə bağlı qərar müvafiq qurumların təhlilləri
nəticəsində veriləcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir