DHA, “Hürriyet” qəzetinin xəbər koordinatoru Fırat Karadenizin iştirakı ilə təlim keçirilib (FOTO)

Bakı. Trend:

Medianın İnkişafı Agentliyi tərəfindən təşkil edilən peşəkar
inkişaf layihələrinin davamı olaraq çap mediası subyektlərinin
nümayəndələri üçün DHA, “Hürriyet” qəzetinin xəbər koordinatoru
Fırat Karadenizin iştirakı ilə təlim keçirilib.

Təlimdə Fırat Karadeniz “Çap mediasında yeni texnologiyaların
tətbiqi: innovativ biznes modelləri, müasir inkişaf
tendensiyaları”, “Çap mediasında yayımlanan məzmunun yeni
formatlara uyğunlaşdırılması”, “Müasir oxucunun tələblərinə uyğun
məzmunun təqdimatı” mövzularında təcrübəsini bölüşüb, təlim
iştirakçılarının suallarını cavablandırıb.

Qarşılıqlı fikir mübadiləsi ilə zəngin olan təlimdə yeni media
mühitində çap mediası subyektlərinin konvergensiya prosesinin aktiv
iştirakçısına çevrilməsinin və çap mediasının müasir standartlara
uyğunlaşdırılmasının əhəmiyyəti xüsusilə vurğulanıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir