Dövlət büdcəsinə dəyişikliklər: Naxçıvana dotasiya azaldılır

Bakı. Trend:

2023-cü ilin dövlət büdcəsinə bir sıra dəyişikliklər edilib.

Trend-in məlumatına görə, bunu maliyyə naziri Samir Şərifov
Milli Məclisin bu gün keçirilən iclasında büdcə müzakirələri zaman
deyib.

Nazir bildirib ki, gələn il üçün dövlət büdcəsindən Naxçıvana
ayrılan dotasiya 31,1 milyon manat azaldılır.

Onun sözlərinə görə, Naxçıvanda Dövlət Təhlükəsizliyi Xidmətinin
Baş İdarəsi dövlət büdcəsinin mərkəzi xərclərindən
maliyyələşəcək.

Nazir qeyd edib ki, Naxçıvana dotasiyadan azaldılan 31,1 milyon
manat Azərbaycanın yeni səfirliklərin açılması və onların
fəaliyyətinin təmin edilməsinə, beynəlxalq fəaliyyətdə Azərbaycan
maraqlarının müdafiə edilməsi üçün hüquq məsləhətçilərinin cəlb
edilməsinə, səfirliklərin təhlükəsizliyinin qorunmasının
artırılmasına yönəldiləcək. “Yerdə qalan vəsaitin 4,1 milyon manatı
Milli Məclisin xərclərinə, 11,1 milyon manatı müdafiə və milli
təhlükəsizlik xərc bölməsinin köməkçi bölməsinə yönəldiləcək”, –
deyə nazir əlavə edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir