DSMF-nin 2023-cü il büdcəsi ikinci oxunuşda təsdiq edildi

Bakı. Trend:

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) 2023-cü il büdcəsi
haqqında qanun layihəsi ikinci oxunuşda Milli Məclisin bu gün
keçirilən plenar iclasında müzakirə edilib.

Trend-in məlumatına görə, Layihəyə əsasən, ümumilikdə növbəti il
Fondun cəmi xərclərinin 6 milyard 263,97 milyon manat məbləğində
proqnozlaşdırılır. 2022-ci il üzrə isə bu xərclər 5 milyard 606,27
milyon manat proqnozlaşdırlıb. Növbəti ildə Dövlət Sosial Müdafiə
Fondunun xərclərində artım əsasən əmək pensiyalarının
maliyyələşdirilməsi (5 907 180 000,0) üzrə proqnozlaşdırılıb ki, bu
da əhalinin sosial müdafiəsinin gücləndirilməsi və ilə bağlı dövlət
siyasətinin, eləcə də həyata keçirilmiş sığorta ödənişləri
qarşılığında öhdəliklərin müvəffəqiyyətlə reallaşdırılması üçün
əsaslı maliyyə zəminini formalaşdırır.

Müzakirələrdən sonra DSMF-nin büdcəsi səsverməyə qoyularaq qəbul
edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir