Dünyada 263 milyon uşaq tahsil alçatanlığından məhrumdur

Bakı. Trend:

Dünyada 263 milyon uşaq tahsil alçatanlığından məhrumdur.

Trend-in məlumatına görə, bunu bu gün jurnalistlərə Dayanıqlı
İnkişaf üzrə Milli Əlaqələndirmə Şurası Katibliyinin rəhbəri,
İqtisadiyyat Nazirliyinin şöbə müdiri Hüseyn Hüseynov deyib.

Onun sözlərinə görə, uzun sürən münaqişələr, müharibələr,
qızların məktəbə getməməsi təhsilə çıxışda gender boşluqlarını
yaradır. Dünyada rəsmi təhsil almayan qızların 54%-i böhrandan
təsirlənən ölkələrdə yaşayır.

“Münaqişənin təsirinə məruz qalan ölkələrdə qızların məktəbdən
kənarda qalma ehtimalı təsirə məruz qalmayan ölkələrdə yaşayan
qızlara nisbətən iki dəfədən artıqdır”, – o deyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir