Emin Əmrullayev səsyazısı yayılan direktorların bir məktəbdən digərinə yerdəyişməsi məsələsinə aydınlıq gətirib

Bakı. Trend:

Elm və təhsil naziri Emin Əmrullayev səsyazısı yayılan
direktorların bir məktəbdən digərinə yerdəyişmə edilməsi məsələsinə
aydınlıq gətirib.

Trend-in məlumatına görə, bu barədə bu gün elm və təhsil naziri
Emin Əmrullayev media üçün keçirilən brifinqdə danışıb.

Nazir bildirib ki, 45 nömrəli məktəbin direktoru başqa məktəbə
təyin edilib.

“Direktor təyin olunanda uyğun məktəbi tapmağa çalışırıq.
Məktəbin nəticəsinin aşağı getməsi həmişə direktorla bağlı olmaya
bilər. Direktorla bağlı neqativ hallar olanda araşdırılır.
Dəfələrlə olub ki, məktəblərdə problem olub və biz direktoru işdən
azad etməmişik. Çünki araşdırma zamanı məlum olub ki, bu, birbaşa
onunla bağlı olmayıb. Bu baxımdan, biz Nəcibə Axundovaya növbəti
dəfə şans verdik. Mənim şəxsi fikrim ondan ibarətdir ki, ona
növbəti şans vermək səhv qərar deyil. Bütün hallarda belə olacaq
deyə bir şey yoxdur. Düşünürəm ki, bu məsələdə ictimaiyyət
Nazirliyin qərarını anlayışla qarşılayacaq”, – deyə nazir qeyd
edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir