Erməni silahlı dəstələrinin atəşkəsi pozması və Sarıbabada mina sahəsi nədənsə Rusiya sülhməramlılarının rəsmi açıqlamalarında öz əksini tapmır – MN

Bakı. Trend:

Son zamanlar qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən
atəşkəsin pozulması və digər hadisələr barədə Rusiya tərəfinə
verilən məlumatlar nədənsə Rusiya sülhməramlı kontingentinin rəsmi
açıqlamalarında öz əksini tapmır.

Trend-in
məlumatına görə, bu barədə Müdafiə Nazirliyindən məlumat
verilib.

Bildirilib ki, nazirliyin dəvətinə əsasən Azərbaycan ərazisində
müvəqqəti yerləşdirilən Rusiya sülhməramlı kontingentinin komandanı
və Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin rəhbərliyi
qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən Sarıbaba
yüksəkliyinin şimal istiqamətində basdırılmış və Azərbaycan
Ordusunun mühəndis-istehkam bölmələri tərəfindən aşkar edilmiş
Ermənistan istehsalı olan PMN-Э markalı piyada əleyhinə mina
sahəsinə noyabrın 23-də baxış keçiriblər.

Baxış zamanı qeyd olunub ki, ərazidən təkcə 2021-ci ildə
Ermənistanda istehsal edilmiş 350 ədəd PMN-Э markalı piyada
əleyhinə mina bölmələrimiz tərəfindən aşkar edilərək
zərərsizləşdirilib. Təəssüflər olsun ki, bu barədə də Rusiya
sülhməramlı kontingenti tərəfindən rəsmi məlumat verilməyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir