FIFA 2022-ci il dünya çempionatında meksikalı azarkeşlərin şüarları ilə bağlı iş açıb

Bakı. Trend:

Beynəlxalq Futbol Federasiyası (FİFA) Qətərdə keçirilən futbol
üzrə dünya çempionatının qrup mərhələsinin 1-ci turunda Polşa ilə
oyunda Meksika millisinin azarkeşlərin təhqiramiz şüarlar
səsləndirməsinə görə intizam işi açıb.

Trend-in məlumatına görə, bu barədə “Aftonbladet” portalı xəbər
verib.

Məlumata əsasən, söhbət “ölkənin, şəxsin və ya bir qrup şəxsin
ləyaqətinin alçaldıcı, ayrı-seçkilik və təhqiramiz sözlərlə təhqir
edilməsi” faktlarından gedir.

Noyabrın 22-də Dohadakı “Stadion 974” arenasında keçirilən
Meksika – Polşa matçı qolsuz bərabərliklə başa çatıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir