Futbol üzrə dünya çempionatı: Niderland – Ekvador oyunu heç-heçə yekunlaşıb (VİDEO)

Bakı. Trend:

Qətərdə keçirilən dünya çempionatının A qrupunda II tura yekun
vurulub.

Trend xəbər verir ki, turun son matçında Niderland və Ekvador
yığmaları üz-üzə gəlib. Qarşılaşma 1:1 hesabı ilə başa çatıb.

Görüşdə ilk qolu 6-cı dəqiqədə “narıncılar”dan Kodi Qakpo vurub.
49-cu dəqiqədə isə Enner Valensiya tarazlığı bərpa edib.

Qrupun digər matçında ev sahibi Qətər Seneqala uduzub – 1:3.

Qeyd edək ki, 2 turdan sonra aktivində 4 xalı olan Ekvador və
Niderland ilk iki sıranı bölüşdürür. Seneqal 3 xalla üçüncü, xalı
olmayan Qətər isə sonuncudur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir