Gələcəkdə sertifikasiya prosesi direktorların işə qəbulu ilə əlaqələndiriləcək – Nazir

Bakı. Trend:

Gələcək illərdə sertifikasiya prosesi direktorların işə qəbulu
ilə əlaqələndiriləcək.

Trend-in məlumatına görə, bunu bu gün təhsil naziri Emin
Əmrullayev media üçün keçirilən brifinq zamanı deyib.

O qeyd edib ki, əlavə alan direktorların hazırda dərs saatları
ilə birgə maaşları 2000-2500 manat ətrafındadır.

“Bu, bizə daha istedadlı şəxslər arasından direktor seçməyə
imkan verir. Direktorların maaşları 58 faizə yaxın artıb”, – deyə
nazir əlavə edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir