İlon Mask bloklanan “Twitter” hesabları üçün “amnistiya” elan edib

Bakı. Trend:

“Twitter”in yeni sahibi İlon Mask sosial şəbəkədə bloklanmış
bütün hesablar üçün “amnistiya” elan etdiyini açıqlayıb.

Trend-in
məlumatına görə, bu barədə “Associated Press” agentliyi xəbər
verib.

Qeyd edilib ki, bu, İ.Maskın “qanunu pozmayan və ya böyük spamla
məşğul olmayan” bloklanmış istifadəçilərin “amnistiya”ya cəlb
edilib-edilməməsi ilə bağlı sorğu keçirməsindən sonra edilib. 3
milyondan çox istifadəçilərinin 72 faizi “amnistiya”nın lehinə səs
verib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir