İndoneziyada zəlzələdən ölənlərin sayı 300 nəfəri keçib

Bakı. Trend:

Noyabrın 21-də İndoneziyanın Yava adasında baş vermiş güclü
zəlzələ nəticəsində ölənlərin sayı 310 nəfərə çatıb.

Trend-in
məlumatına görə, bu barədə bu gün yerli hökumət orqanları məlumat
açıqlayıb.

Xəsarət alanların sayı isə min nəfəri ötüb. 24 nəfər indiyədək
itkin düşmüş hesab olunur.

Yaşayış yerini tərk etmiş 7 mindən çox şəxs hələ də evlərinə
qayıda bilməyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir