İşsizlikdən Sığorta Fondunun büdcə layihəsi ikinci oxunuşda təsdiq edilib

Bakı. Trend:

Azərbaycanda növbəti il üçün İşsizlikdən Sığorta Fondunun büdcə
layihəsi ikinci oxunuşda Milli Məclisin plenar iclasında müzakirə
edilib.

Trend-in məlumatına görə, qanun layihəsinə əsasən, 2023-cü ildə
İşsizlikdən Sığorta Fondunun gəlirləri 212,7 mln. manat nəzərdə
tutulub ki, bu da Fondun 2021-ci ilin icra göstəricisindən 8,0%,
2022-ci il üçün təsdiq edilmiş proqnoz göstəricisi ilə müqayisədə
isə 17,3% çoxdur.

Qanun layihəsinə görə, Fondun növbəti ildə gəlirlərinin 75,0%-i
işsizlikdən sığorta haqqının, 24,9%-i əvvəlki ilin sonuna
işsizlikdən sığorta fondunun istifadə olunmamış vəsaitinin, 0,1%-i
isə sair gəlirlərin hesabına formalaşacaq. Azərbaycan Respublikası
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət
Məşğulluq Agentliyi publik hüquqi şəxs (Agentlik) tərəfindən təqdim
olunmuş məlumatlara əsasən 2022-ci ilin I yarısı üzrə Fondun
gəlirləri 82,0 mln. manat təşkil etmiş, əvvəlki illərdə istifadə
olunmamış vəsaitindən cari ilin xərclərinə vəsait yönəldilməmişdir.
Bu isə Fondun cari il üzrə proqnozlaşdırılmış cəmi gəlirlərinin
45,2%-nə bərabərdir. Müzakirələrdən sonra layihə səsverməyə
qoyularaq ikinci oxunuşda təsdiq edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir