İstanbul Ticarət Universiteti beynəlxalq nəşr keyfiyyət standartlarında qabaqcıl olub

Bakı. Trend:

İstanbul Ticarət Universiteti əvvəlki illərlə müqayisədə 12
dəfəyə qədər artımla doluluq nisbətlərinin yüksək artımı, layihə və
tələbə nailiyyətləri, eləcə də beynəlxalq nəşrlərin sayında
qabaqcıl olub.

TurkicWorld-ə universitetdən verilən məlumata
görə, İstanbul Ticarət universiteti beynəlxalq nəşr keyfiyyət
standartlarının ən üst səviyyəsi olan Q1 nəşrlərində Web of Science
indeksindəki yer alan məqalələrin sayısında 2022-ci ilin ilk on
ayına görə 12 qat, Scopus indeksində yer alan məqalələrin sayına
görə isə 5 qat artım əldə edib. Universitetin 2022-ci ilin ilk 10
ayında dünya səviyyəsində indekslənmiş jurnalların ən vacib
kateqoriyaları olan Q1 və Q2 standartlarında toplam keyfiyyətli
nəşrlərin sayında əvvəlki üç illə müqayisədə 5 dəfə artım qeydə
alınıb.

Nəşr keyfiyyət standartlarının ikinci pilləsi olan Q2
araşdırmalarında isə İstanbul Ticarət Universiteti 2022-ci ilin ilk
10 ayında Web of Science-da dörd dəfə, Scopus-da isə üç dəfə artım
göstərib.

Q1 nəşrləri beynəlxalq miqyasda çox yüksək təsirli və “ən yaxşı”
jurnallarda dərc olunan məqalələri, Q2 nəşrləri isə beynəlxalq
səviyyədə yüksək təsirli və “yaxşı” jurnallarda dərc olunan
məqalələri təmsil edir. Scopus və Web of Science jurnalları isə
dünyanın ən əhəmiyyətli abstrakt və sitat verilənlər bazası hesab
olunur.

Qeyd edək ki, TurkicWorld ilə İstanbul Ticarət Universiteti
arasında rəsmi media tərəfdaşlığı 2022-ci ilin oktyabr ayının 25-də
imzalanıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir