Kənd təsərrüfatı subsidiyaları 1 il müddətinə mənfəət vergisindən azad edilir

Bakı. Trend:

Kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan hüquqi
şəxslərin bu fəaliyyət üzrə satışdankənar gəlirləri, habelə kənd
təsərrüfatı məhsullarının istehsalı ilə əlaqədar hüquqi şəxslərə
dövlət büdcəsinin vəsaiti hesabına verilən subsidiyaların 2023-cü
il yanvarın 1-dən 1 il müddətinə mənfəət vergisindən azad
edilir.

Trend-in məlumatına görə, bu barədə məsələ Milli Məclisin bu gün
keçirilən iclasında müzakirəyə çıxarılan Vergi Məcəlləsinə təklif
edilən dəyişiklikdə əksini tapıb.

Həmçinin, kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul
olan (o cümlədən, sənaye üsulu ilə) rezident hüquqi şəxslərin
iştirakçıları olan hüquqi və fiziki şəxslərin bu sahə üzrə dividend
gəlirlərinin 2023-cü il yanvarın 1-dən 1 il müddətinə gəlir
vergisindən azad edilməsi təklif olunur.

Qanun layihəsi səsə qoyularaq ikinci oxunuşda qəbul edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir