MDU-da seminar: İngilis dilində üslubi fiqurlar (FOTO)

Bakı. Trend:

2022-ci ilin 23 noyabr tarixində Mingəçevir Dövlət
Universitetinin (MDU) Karyera və İnkişaf Mərkəzinin (KİM)
təşkilatçılığı ilə “İngilis dilində üslubi fiqurlar” mövzusunda
seminar keçirilib. Seminarda universitetin akademik heyət üzvləri,
tələbə və magistrantları iştirak ediblər.

MDU-nun Xarici dillər kafedrasının müdiri, dosent Mehdi Rəhimov
təqdimatla çıxış edərək bədii ifadə və təsvir vasitələrinin, üslubi
fiqurların dildə yeri, Azərbaycan və ingilis dillərində üslubi
fiqurların semantikası və strukturundakı oxşar və fərqli cəhətlər
barədə ətraflı məlumat verib və təqdim edilən sualları
cavablandırıb.

Seminar iştirakçılar tərəfindən maraqla qarşılanıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir