Milli Məclis Azərbaycan və Qırğızıstan arasında sənədləri təsdiq edib

Bakı. Trend:

Milli Məclis Azərbaycan və Qırğızıstan arasında sənədləri təsdiq
edib.

Trend-in məlumatına görə, Milli Məclisin bu gün keçirilən
iclasında “Azərbaycan Respublikası Hökuməti ilə Qırğız Respublikası
Nazirlər Kabineti arasında Azərbaycan-Qırğız İnkişaf Fondunun
yaradılması haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan
Respublikası qanununun layihəsi və “Azərbaycan Respublikası
Hökuməti ilə Qırğız Respublikasının Nazirlər Kabineti arasında
bitki karantini sahəsində əməkdaşlıq haqqında” Sazişin təsdiq
edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi müzakirə
edilib.

Müzakirələrdən sonra sənədlər səsverməyə qoyularaq qəbul
edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir