Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb

Bakı. Trend:

Milli Məclisin noyabrın 29-da keçiriləcək iclasının gündəliyi
açıqlanıb.

Trend xəbər verir ki, iclasın gündəliyinə 30 məsələ daxildir,
onlar aşağıdakılardır:

1. “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili
(ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya
Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası
Konstitusiya qanununun layihəsi (ikinci oxunuş).

2. Azərbaycan Respublikasının 2009-cu il 4 dekabr tarixli
930-IIIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Miqrasiya orqanlarında
qulluq keçmə haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş).

3. Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik
edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi
(üçüncü oxunuş).

4. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində
dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun
layihəsi (üçüncü oxunuş).

5. Azərbaycan Respublikasının 1995-ci il 10 yanvar tarixli 947
nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi qulluqçuların dövlətə
vurduqları ziyana görə maddi məsuliyyəti haqqında Əsasnamə”də
dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun
layihəsi (üçüncü oxunuş).

6. Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik
edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi
(üçüncü oxunuş).

7. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri
haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi
barədə Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü
oxunuş).

8. Azərbaycan Respublikasının Torpaq Məcəlləsində dəyişiklik
edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi
(üçüncü oxunuş).

9. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan
Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan
Respublikası qanununun layihəsi (üçüncü oxunuş).

10. “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və
yerquruluşu haqqında” Azərbaycan Respublikasının Qanununda
dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun
layihəsi (üçüncü oxunuş).

11. “Qrant haqqında” Azərbaycan Respublikasının Qanununda
dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun
layihəsi (üçüncü oxunuş).

12. Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik
edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi
(üçüncü oxunuş).

13. “Mikro, kiçik və orta sahibkarlığın inkişafı haqqında”
Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş).

14. “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikasının
Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası
qanununun layihəsi (üçüncü oxunuş).

15. Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişiklik
edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi
(üçüncü oxunuş).

16. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan
Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan
Respublikası qanununun layihəsi (üçüncü oxunuş).

17. “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununda
dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun
layihəsi (üçüncü oxunuş).

18. Azərbaycan Respublikasının Vergi Məcəlləsində, “Sosial
sığorta haqqında”, “Bələdiyyələrin maliyyəsinin əsasları haqqında”,
“Tibbi sığorta haqqında” və “Daşınar əmlakın yüklülüyü haqqında”
Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş).

19. “Büdcə sistemi haqqında”, “İşsizlikdən sığorta haqqında” və
Hesablama Palatası haqqında” Azərbaycan Respublikasının
qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası
qanununun layihəsi (üçüncü oxunuş).

20. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının
Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası
qanununun layihəsi (üçüncü oxunuş).

21. “Baytarlıq haqqında” Azərbaycan Respublikasının Qanununda
dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun
layihəsi (üçüncü oxunuş).

22. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının
Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası
qanununun layihəsi (üçüncü oxunuş).

23. Azərbaycan Respublikasının Əmək Məcəlləsində və Azərbaycan
Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası qanununun layihəsi.

24. “Siyasi partiyalar haqqında” Azərbaycan Respublikası
qanununun layihəsi (birinci oxunuş).

25. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində
dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun
layihəsi (birinci oxunuş).

26. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda
dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun
layihəsi (birinci oxunuş).

27. “Valyuta tənzimi haqqında” Azərbaycan Respublikasının
Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası
qanununun layihəsi (birinci oxunuş).

28. Azərbaycan Respublikasının “Banklar haqqında”, “Poçt
haqqında”, “Fərdi məlumatlar haqqında” qanunlarında və İnzibati
Xətalar Məcəlləsində dəyişiklik edilməsi barədə Azərbaycan
Respublikası qanununun layihəsi (birinci oxunuş).

29. “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının
Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası
qanununun layihəsi (birinci oxunuş).

30. Azərbaycan Respublikasının Əmək Məcəlləsində, Azərbaycan
Respublikasının Ailə Məcəlləsində, Azərbaycan Respublikasının
Cinayət Məcəlləsində, Azərbaycan Respublikasının Cinayət-Prosessual
Məcəlləsində, “Uşaq hüquqları haqqında”, “Vəkillər və vəkillik
fəaliyyəti haqqında”, “Təhsil haqqında”, “Sosial xidmət haqqında”,
“Azərbaycan Respublikasında dövlət daktiloskopik və genom
qeydiyyatı haqqında” və “Ümumi təhsil haqqında” Azərbaycan
Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan
Respublikası qanununun layihəsi (birinci oxunuş).

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir