Mövcud geosiyasi vəziyyətdə kiberhücumların sayının artması müşahidə olunur – Elvin Şahverdiyev

Bakı. Trend:

Mövcud geosiyasi vəziyyətdə kiberhücumların sayının artması
müşahidə olunur.

Trend-in
məlumatına görə, bunu bu gün Azərbaycan Mərkəzi Bankın İnformasiya
təhlükəsizliyi departamentinin rəhbəri Elvin Şahverdiyev VI
Beynəlxalq bankçılıq forumunda deyib.

Onun sözlərinə görə, bu baxımdan, kiberhücumlarla mübarizədə
süni intellektin istifadəsi daha da aktuallıq qazanır.

E.Şahverdiyev bildirib ki, Mərkəzi Bank Dünya Bankının dəstəyi
ilə Azərbaycanın ilk 10 bankı arasında informasiya
təhlükəsizliyinin vəziyyəti barədə sorğu keçirib.

“Sorğu nəticəsində məlum oldu ki, 10 bankdan 9-u informasiya
təhlükəsizliyi sektoruna diqqət ayırmağı prioritet hesab edir. Amma
bütün bankların insidentlərin üzə çıxarılması və reaksiyası üzrə
xüsusiləşdirilmiş mərkəzləri olsa da, yalnız üç bank bu xidməti
fasiləsiz göstərir. Yeni strategiyada bu məsələyə diqqət
ayrılacaq”, – deyə o bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir