“Nar” abunəçiləri onlayn müştəri xidmətlərini seçir (R)

Bakı. Trend:

Müştəriyönümlü yanaşması ilə seçilən mobil operator “Nar”,
istifadəçilərinin müxtəlif xidmət kanalları üzrə məmnuniyyət
göstəricilərini açıqlayıb. Göstəricilər bütün xidmət kanalları üzrə
daxil olan müraciətlər əsasında noyabr ayınadək olan dövr üçün
hesablanıb.

İstifadəçilərin mobil təcrübəsini daha da rahatlaşdıran “Nar+”
tətbiqinin onlayn çat xidmətinə 88 min müraciət daxil olub. Bu
göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 77% daha çoxdur.
Sorğuların sayı artsa da, “Nar+” tətbiqində göstərilən bütün
xidmətlərdən abunəçilərin razılıq səviyyəsi azalmayıb, əksinə
artaraq 88%-ə çatıb. Qeyd edək ki, tətbiq istifadəçilərə daha çevik
imkanlar verir, yeni paketlərin rahatlıqla aktivləşdirilməsinə,
izahlı qaimə kimi mühüm əməliyyatların qısa zamanda yerinə
yetirilməsinə kömək olur. Bundan başqa, “Nar” internet səhifəsində olan şəxsi
kabinetlər, eyni zamanda “Facebook”, “Twitter” və digər sosial
şəbəkələr üzərindən abunəçilərə yüksək xidmət göstərir.

Mobil operatorun ənənəvi xidmət kanallarını seçən abunəçiləri də
göstərilən xidməti yüksək qiymətləndirirlər. Belə ki, bu ilin
noyabr ayına qədər 777 Çağrı Mərkəzinə zəng edən abunəçilərin
xidmətdən razılıq səviyyəsi 89% olub. “Nar”ın yenilənmiş xidmət
mərkəzləri və mağazalarında göstərilən xidmətdən razılıq səviyyəsi
isə artaraq 98%-ə çatıb.

“Nar” hal-hazırda 2,2 milyon abunəçiyə yüksək
keyfiyyətli rabitə xidmətləri göstərməkdədir. “Nar” son 3 ildə
Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur.
Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq
sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir