Nazir Azərbaycanda kişilərin erkən ölümü ilə bağlı parlamentdə səsləndirilən fikirlərə münasibət bildirib

Bakı. Trend:

Azərbaycanda kişilərin 47 %-nin 65 yaşına çatmadan dünyasını
dəyişməsi ilə bağlı parlamentdə səsləndirilən fikir tamamilə
yanlışdır.

Trend-in məlumatına görə, bunu maliyyə naziri Samir Şərifov
Milli Məclisin bu gün keçirilən iclasında büdcə müzakirələri zamanı
deyib.

S.Şərifov bununla bağlı statistik rəqəmləri açıqlayıb. O
bildirib ki, 2021-ci ildə 76 878 nəfər dünyasını dəyişib, onlardan
40 mindən çoxu kişilərdir. Nazirin sözlərinə görə, vəfat edən
kişilərin 21 339 nəfəri 65 yaşdan yuxarı olub. “47 % anlamına
yalnız bu göstərici uyğun gəlir. 5 milyon 74 nəfər kişi var,
onların 6,7%-i 65 yaşından yuxarıdır, 93,3 % 65 yaşına
çatmayanlardır”, – deyə nazir bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir