Neymar dünya çempionatının ilk oyununda topuğundan zədələnib

Bakı. Trend:

Braziliya millisinin hücumçusu Neymar Serbiya yığması ilə futbol
üzrə dünya çempionatının qrup mərhələsinin ilk tur matçında
topuğundan zədə alıb.

Trend-in
məlumatına görə, bu barədə Braziliya komandasının həkimi Rodriqo
Lesmar deyib.

Görüş braziliyalıların 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Neymar matçın 79-cu dəqiqəsində əvəzlənib.

“Neymarda sağ topuğunun burxulması qeydə alınıb. O hissə
şişəndən dərhal sonra biz ehtiyat skamyasında müalicəyə başladıq.
İndi daha aydın məlumat almaq üçün 24-48 saat gözləmək lazımdır”, –
deyə həkim bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir