“Ocaq” beynəlxalq kubokunda fəxri kürsünün ən yüksək pilləsinə qalxmaq böyük xoşbəxtlikdir – Yarışın qalibi

Bakı. Trend:

Bədii gimnastika üzrə 1-ci “Ocaq” beynəlxalq kubokunda fəxri
kürsünün ən yüksək pilləsinə qalxmaq böyük xoşbəxtlikdir.

Bunu Trend-ə bu
gün 2016-cı il təvəllüdlü gimnastlar arasında yarışın qalibi Yağmur
Həsənova deyib.

“Yarış bir qədər çətin olsa da, mən bədii gimnastikada
öyrəndiklərimi göstərməkdən məmnunam. Bu gün həyəcanlı idim, amma
məşqçi və azarkeşlərin dəstəyi mənə kömək oldu. “Ocaq” kubokunda
medal qazanmağım gələcək uğurlarım üçün təkan olacaq”, – deyə o
bildirib.

Qeyd edək ki, 1-ci “Ocaq” beynəlxalq kuboku noyabrın 25-27-də
keçiriləcək. 13 ölkənin nümayəndəsi “Ocaq” idman klubunun ilk
beynəlxalq tədbrində qüvvələrini sınayıq. Yarışlarda 2007-2016-cı
il təvəllüdlü gimnastlar həm fərdi, həm də qrup hərəkətlərdə
iştirak edir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir