“Orta Dəhliz boyunca: geopolitika, təhlükəsizlik və iqtisadiyyat” – “Əsas məsələ”də MÜZAKİRƏ (VİDEO)

Bakı. Trend:

Tədbirin iştirakçıları arasında ABŞ, Belçika, Bolqarıstan, Böyük
Britaniya, Fransa, İsrail, İsveçrə, İtaliya, Gürcüstan, Kanada,
Misir, Pakistan, Polşa, Rumıniya, Rusiya və Türkiyənin aparıcı
beyin mərkəzlərinin rəhbərləri və nümayəndələri yer alıblar.

Konfransda Orta Dəhlizin təhlükəsizlik aspektləri, regionun
iqtisadi imkanları müzakirə olunub. Xüsusilə bu baxımdan Zəngəzur
dəhlizinin əhəmiyyəti, Şərq-Qərb dəhlizinin yaradacağı yeni
nəqliyyat imkanları, beynəlxalq yükdaşımalarının genişləndirilməsi
və şaxələndirilməsi məsələləri ilə bağlı fikir mübadiləsi
aparılıb.

Trend-in məlumatına görə, Rüfət Həmzəyevin təqdimatında AzTV-nin
“Əsas məsələ” verilişində “Orta Dəhliz boyunca: geopolitika,
təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfransda
Prezident İlham Əliyevin verdiyi mesajlar mövzusunda aparılan
müzakirələr zamanı bu barədə ətraflı danışılıb. Verilişin qonaqları
Azər Allahverənov – siyasi şərhçi, Füzuli Qurbanov – siyasi şərhçi,
Sahil İskəndərov – politoloq və Elçin Mirzəbəyli – siyasi şərhçi,
mövzu ətrafında müzakirə aparıblar.

“Əsas məsələ” verilişini bütöv şəkildə Azərbaycan
Televiziyasının “YouTube” kanalından izləyə bilərsiniz:

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir