Ötən sutka ərzində 18 yanğına çıxış olub – FHN

Bakı. Trend:

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə
düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii
və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində
fəaliyyətini davam etdirir.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, “112” qaynar
telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti
qurumları tərəfindən ötən sutka ərzində 18 yanğına çıxış, 5 halda
köməksiz vəziyyətdə qalma və 1 avtoqəza faktı üzrə qəza-xilasetmə
əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz
tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların
həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində 1-i
azyaşlı olmaqla 11 nəfər xilas edilib, yanğınlar zamanı 2 nəfər
yanıq xəsarəti alıb, qəza-xilasetmə əməliyyatları zamanı 2 nəfərin
meyiti çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir