Pakistanın baş naziri Türkiyəyə səfər edəcək

Bakı. Trend:

Pakistanın baş naziri Şahbaz Şərif prezident Rəcəb Tayyib
Ərdoğanın dəvəti ilə Türkiyəyə səfər edəcək.

Trend-in
məlumatına görə, bu barədə Türkiyə prezident administrasiyasının
Kommunikasiya idarəsindən bildiriblər.

Məlumata əsasən, Ş.Şərif Pakistanın “MILGEM Corvette”
layihəsinin üçüncü gəmisinin suya buraxılması mərasimində iştirak
etmək üçün noyabrın 25-26-da İstanbula səfər edəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir