“PAŞA Bank”ın tərəfdaşlığı ilə “IV Beynəlxalq Bankçılıq Forumu” keçirilib

Bakı. Trend:

Ölkənin aparıcı korporativ maliyyə institutu olan “PAŞA Bank”
“VI Beynəlxalq Bankçılıq Forumu”nun tərəfdaşlarından biri olub.

Etibarlı, təhlükəsiz və dayanıqlı bankçılıq mövzusuna həsr
olunan forum Azərbaycan Respublikasının Mərkəzi Bankı, Rəqəmsal
İnkişaf və Nəqliyyat Nazirliyi, Azərbaycan Banklar Assosiasiyası,
İqtisadi İslahatların Təhlili və Kommunikasiyası Mərkəzinin dəstəyi
ilə 24-25 noyabr tarixlərində keçirilib.

Tənzimləyici qurumların, bankların, “fintech”lərin, beynəlxalq
maliyyə təşkilatlarının və yerli səfirliklərin nümayəndələri bir
araya gələrək post-covid dövründə bankçılıq, nağd pul dövriyyəsi,
açıq bankçılıq yanaşması, rəqəmsal aktivlər, kibertəhlükəsizlik
trendləri və digər mühüm istiqamətləri müzakirə ediblər.

“PAŞA Bank”ın Texnologiyalar blokunun baş direktoru Vüsal
Xəlilov və informasiya təhlükəsizliyi şöbəsinin rəhbəri Akif
Bağırov foruma spiker qismində qatılıblar. Vüsal Xəlilov
kripkokartlar və kriptovalyutalar panelində iştirak edərək onların
yan təsirlərindən danışıb. Akif Bağırov isə “PAŞA Bank”ın
kibertəhlükəsizlik istiqamətindəki fəaliyyətinə dair mühüm
məqamlara toxunub.

Xatırladaq ki, “PAŞA Bank” ölkənin maliyyə sektorunun inkişafı
istiqamətində həyata keçirilən tədbirlərin aktiv iştirakçısı və
təşəbbüskarıdır. Bu layihələr sırasında “Rəqəmsal Zirvələr”,
“Risklərin idarə edilməsi konfransı 2022”, “DevOpsDays” konfransı
və bir sıra digər tədbirləri qeyd etmək olar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir