Peruda Sakit Okean Alyansının sammiti keçiriləcək

Bakı. Trend:

Sakit Okean Alyansına daxil olan ölkələrin prezidentlərinin
görüşü tezliklə Peruda keçiriləcək.

Trend-in məlumatına görə, bu barədə öz “Twitter” səhifəsində
Meksika Xarici İşlər Nazirliyi regional birlikdə iştirak edən
dövlətlərin Nazirlər Şurasının Mexiko şəhərində keçirilən
iclasından sonra bildirib.

“Liderlər sammiti tezliklə Peruda keçiriləcək,” – deyə qeyd
olunub. Meksikanın xarici işlər naziri Marselo Ebrardın sözlərinə
görə, forumun keçirilmə tarixi yaxın vaxtlarda məlum olacaq.

Qeyd edək ki, Kolumbiya, Meksika, Peru və Çilinin daxil olduğu
sammıt bu həftə Mexikoda keçirilməli idi, lakin Peru parlamentinin
prezident Pedro Kastilyonun ölkəni tərk etməsinə icazə vermədiyi
üçün təxirə salınmışdı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir