Prezident İlham Əliyev: Azərbaycan Avropa İttifaqını vacib tərəfdaş hesab edir

Bakı. Trend:

Azərbaycan Avropa İttifaqını vacib tərəfdaş hesab edir. Hazırda
biz Avropa İttifaqı ilə yeni saziş üzərində məsləhətləşmələrin
yekun mərhələsindəyik. O, 90 faizdən artıq hazırdır. Biz Avropa
İttifaqı ilə Assosiasiya Sazişini imzalamadıq. Bunun əvəzində
ikitərəfli əməkdaşlıq formatına üstünlük verdik.

Trend-in məlumatına görə, bu
fikirləri Prezident İlham Əliyev noyabrın 25-də ADA Universitetində
keçirilən “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və
iqtisadiyyat” mövzusunda beynəlxalq konfransın açılışındakı
çıxışında deyib.

Dövlətimizin başçısı Şərq Tərəfdaşlığı haqqında danışarkən qeyd
edib ki, Azərbaycan bu tərəfdaşlığı Avropa İttifaqına üzv ölkələrlə
əməkdaşlıq platforması deyil, Avropa İttifaqı ilə əməkdaşlığın
elementlərindən biri hesab edir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir