Prezident İlham Əliyev Azərbaycana dəstəyinə görə Ərəb Dövlətləri Liqasına təşəkkür edib

Bakı. Trend:

Biz Qoşulmama Hərəkatı və İslam Əməkdaşlıq Təşkilatı
çərçivəsində Azərbaycanı daim dəstəklədiklərinə görə Ərəb
Dövlətləri Liqasının üzvlərinə çox təşəkkür edirik.

Trend xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev noyabrın
25-də ADA Universitetində keçirilən “Orta Dəhliz boyunca:
geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq
konfransda çıxışında söyləyib.

Dövlətimizin başçısı deyib: “İşğal dövründə və ərazilər azad
olunduqdan sonra bizi dəstəkləyən və Ermənistanın işğalçı
siyasətini pisləyən bir sıra qətnamələr qəbul olunub. Biz, həmçinin
İslam Əməkdaşlıq Təşkilatının üzvləri arasında həmrəyliyin
gücləndirilməsi üzrə fəal işləyirik, bir neçə beynəlxalq tədbir
keçirmişik. Pandemiya dövründə biz Ərəb Dövlətləri Liqasının və
İslam Əməkdaşlıq Təşkilatı üzvləri də daxil olmaqla, dünyanın
80-dən çox ölkəsinə maliyyə və humanitar yardım göstərmişik.
Bilirik ki, böyük potensial var, lakin biz iqtisadi əməkdaşlığın
əsas sahələrini müəyyən etməliyik. Siyasi nöqteyi-nəzərdən hər şey
aydındır, bizi dostluq münasibətləri bağlayır və mənim sammitdə
iştirakım bunu göstərir. Lakin ticarət və iqtisadiyyat sahəsindəki
göstəricilər, əlbəttə ki, bizi qane edə bilməz”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir