Prezident İlham Əliyev: Azərbaycanın əlverişli coğrafi mövqedə yerləşməsi bizə əlaqələrin qurulması məsələsində mühüm rol oynamaq imkanı verir

Bakı. Trend:

Azərbaycanın əlverişli coğrafi mövqedə, iki qitənin – Avropa və
Asiyanın qovuşuğunda yerləşməsinin üstünlüyü, əlbəttə ki, bizə
əlaqələrin qurulması məsələsində mühüm rol oynamaq imkanı
verir.

Trend xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev “Orta
dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” adlı
beynəlxalq konfransında çıxışında deyib.

Beş il əvvəl biz tərəfdaşlarımızla birlikdə Bakı-Tbilisi-Qars
dəmir yolu layihəsinin açılışını etdik. Biz bu gün ölkəmizdən keçən
tranzit yüklərin həcminin artdığını müşahidə edərək
Bakı-Tbilisi-Qars layihəsinin Gürcüstan seqmentinin
genişləndirilməsinə investisiya yatırmağa başladıq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir