Prezident İlham Əliyev: Biz hər zaman istənilən anti-Azərbaycan bəyanatına və hərəkətinə cavab vermişik və verəcəyik

Bakı. Trend:

Mən İranın üç prezidenti – Hatəmi, Əhmədinejad və Ruhani ilə
işləmişəm. Bütün bu illər ərzində bugünkünə bənzər vəziyyət
yaranmamışdı. Heç vaxt İran bizim sərhədimizdə bir neçə ay
müddətində iki hərbi təlim keçirməmişdi. Heç zaman Azərbaycana
qarşı bu qədər nifrət və hədə-qorxu ilə dolu bəyanat
verilməmişdi.

Trend-in məlumatına görə, bu
fikirləri Prezident İlham Əliyev noyabrın 25-də ADA Universitetində
keçirilən “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və
iqtisadiyyat” mövzusunda beynəlxalq konfransın açılışındakı
çıxışında deyib.

Dövlətimizin başçısı bildirib: “Biz hər zaman istənilən
anti-Azərbaycan bəyanatına və hərəkətinə cavab vermişik və
verəcəyik. Bu səbəbdən biz İran ilə sərhəddə hərbi təlimlər
keçirməli olduq ki, onlardan qorxmadığımızı nümayiş etdirək. Biz
həyat tərzimizin, Azərbaycanın dünyəvi inkişaf vektorunun və
azərbaycanlıların, o cümlədən İranda yaşayan azərbaycanlıların
müdafiəsi üçün əlimizdən gələni edəcəyik. Onlar xalqımızın bir
hissəsidir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir