Prezident İlham Əliyev: Dekabrın 7-də Brüsseldə Ermənistanın baş naziri Nikol Paşinyanla nəzərdə tutulan görüş keçirilməyəcək

Bakı. Trend:

Dekabrın 7-də Brüsseldə Ermənistanın baş naziri Nikol Paşinyan
ilə nəzərdə tutulan görüş keçirilməyəcək.

Trend-in məlumatına görə,
bunu Prezident İlham Əliyev noyabrın 25-də ADA Universitetində
keçirilən “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və
iqtisadiyyat” mövzusunda beynəlxalq konfransda çıxışında deyib.

Dövlətimizin başçısı bildirib: “Dekabrın 7-də Brüsseldə görüşün
keçirilməsi nəzərdə tutulurdu. Lakin dünən Hikmət Hacıyev mənə
məlumat verdi ki, onunla Şarl Mişelin ofisindən əlaqə yaradılıb.
Bildirilib ki, Ermənistanın baş naziri həmin görüşə yalnız orada
Fransa Prezidenti Emmanuel Makronun iştirak edəcəyi təqdirdə
razılıq verə bilər. Bu isə o deməkdir ki, həmin görüş baş
tutmayacaq”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir