Prezident İlham Əliyev: Gələn il İtaliya-Azərbaycan Universitetinin tikintisinin maliyyələşdirilməsi üçün vəsait ayrılacaq

Bakı. Trend:

Gələn il İtaliya-Azərbaycan Universitetinin tikintisinin
maliyyələşdirilməsi üçün vəsait ayrılacaq.

Trend xəbər verir ki, bunu Prezident İlham Əliyev noyabrın 25-də
ADA Universitetində keçirilən “Orta Dəhliz boyunca: geosiyasət,
təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfransdakı
çıxışında deyib.

ADA Universitetinin rektoru Hafiz Paşayevin və İtaliyanın beş
universitetinin rektorlarının tikintisi artıq başlanmış
İtaliya-Azərbaycan Universitetinin yaradılması ilə bağlı sənədlərin
mübadiləsini həyata keçirdiklərini xatırladan dövlətimizin başçısı
bildirib: “Növbəti ilin büdcəsində İtaliya-Azərbaycan
Universitetinin yeni binasının maliyyələşdirilməsi üçün müəyyən
vəsait ayrılıb. Həmin universitet bizim ikitərəfli əməkdaşlığımızın
və təhsilimizin vacib tərkib hissəsi olacaq. Çünki İtaliyanın beş
aparıcı universiteti bu ali təhsil müəssisəsinin həmtəsisçisi
olur”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir