Prezident İlham Əliyev: İsraildə səfirlik açılması qərarı milli maraqlarımıza əsaslanıb

Bakı. Trend:

İsraildə səfirlik və Fələstində nümayəndəlik açılması haqqında
qərar bizim milli maraqlarımıza əsaslanıb.

Trend xəbər verir ki, Prezident İlham Əliyev bunu noyabrın 25-də
“Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat”
mövzusunda beynəlxalq konfransda bəyan edib.

Dövlət başçısı deyib: “Əminəm ki, bu qərar sülhün möhkəmlənməsi
işinə xidmət edəcək və faktiki olaraq bu dövlətlərlə bizim
uzunmüddətli, çox səmərəli əməkdaşlığımızın formallaşması
deməkdir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir