Prezident İlham Əliyev: Karbohidrogen ehtiyatlarının nəqli marşrutları Xəzər regionundakı ölkələrə daha yaxşı inteqrasiya olunma imkanı yaradacaq

Bakı. Trend:

Hesab edirəm ki, karbohidrogen ehtiyatlarının nəqli üçün
istismarda olan marşrutlar Xəzər regionunun bütün ölkələrinə daha
inteqrasiya edilmiş vəziyyətdə olmağa imkan verəcək.

Trend xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev “Orta
dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” adlı
beynəlxalq konfransın açılışındakı çıxışında deyib.

Azərbaycanın Türkmənistan ilə əməkdaşlığının uzun tarixi
olduğunu vurğulayan dövlətimizin başçısı qeyd edib: “Bu gün
Azərbaycan Türkmənistandan yüklərin tranziti üçün geniş imkanlar
təqdim edir. Ələtdəki dəniz limanının ərazisində Türkmənistandan
göndərilən yüklər üçün xüsusi yer ayrılıb”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir