Prezident İlham Əliyev: Türk dövlətləri arasında əməkdaşlıq Orta Dəhlizin inkişafına əsas töhfələrdən biri olacaq

Bakı. Trend:

Türk dövlətləri arasında əməkdaşlıq Orta Dəhlizin inkişafına
əsas töhfələrdən biri olacaq.

Trend xəbər verir ki, bu barədə Prezident İlham Əliyev noyabrın
25-də ADA Universitetində keçirilən “Orta Dəhliz boyunca:
geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq
konfransda bildirib.

Dövlətimizin başçısı deyib: “Əgər ölkələrin coğrafi yerləşməsini
nəzərdən keçirsək, – Özbəkistan, Türkmənistan, Qazaxıstan,
Qırğızıstan və Xəzərin digər sahilində Azərbaycan, Gürcüstan və
Türkiyə, – bu, əlavə imkanlar yaradır. Bir qədər əvvəl qeyd
etdiyimiz kimi, bu gün ölkələrimiz arasında yüklərin tranziti
artır. Bizdə olan məlumata görə, bu il həmin göstərici 70 faiz,
gələn il isə bu rəqəm daha böyük ola bilər. Bütün bu yüklər Mərkəzi
Asiyadan Transxəzər marşrutu üzrə Avropaya gedir”.

Prezident İlham Əliyevin sözlərinə görə, ikitərəfli ticarətin
artırılması üçün yeni imkanlar mövcuddur. Dövlətimizin başçısı,
həmçinin qeyd edib: “Biz indi Türkiyə ilə gömrük rüsumlarından azad
ediləcək malların adlarının siyahısının genişləndirilməsi və azad
ticarət haqqında saziş üzərində işləyirik. Azərbaycan ilə Türkiyə
arasında ticarət dövriyyəsi artıq 4 milyard dollardan çoxdur. Başqa
ölkələrlə də eyni vəziyyəti görürük. Bir mühüm addım da var ki,
digər aparıcı aktorlar da bu marşrutu etibarlı, təhlükəsiz və
iqtisadi cəhətdən cəlbedici hesab edirlər”.

Azərbaycan Prezidentinin sözlərinə görə, tarif siyasətinin
unifikasiyası, gömrük strukturlarının fəaliyyətinin
əlaqələndirilməsi üzərində daha çox işləmək lazımdır ki, öz
yüklərini haraya göndərmək barədə düşünən şirkətlər həm vaxta, həm
də pula qənaət etmək üçün bu dəhlizdən istifadə etsinlər. Bunun
üçün potensial var və biz düzgün istiqamətdə irəliləyirik”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir