Prezident İlham Əliyev: Ümid edirik ki, tezliklə TAP-ın ötürmə qabiliyyətinin artırılması ilə bağlı qərar qəbul olunacaq

Bakı. Trend:

Azərbaycan Trans-Adriatik boru kəməri vasitəsilə qaz nəqlinin
artırılması üçün mümkün olanı edir. Biz enerji daşıyıcılarının
təchizatının artırılması üçün əlimizdən gələni edirik.

Trend xəbər verir ki, bunu Prezident İlham Əliyev noyabrın 25-də
ADA Universitetində keçirilən “Orta Dəhliz boyunca: geosiyasət,
təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfransdakı
çıxışında deyib.

“TAP boru kəmərinin inşası zamanı meydana gələn problemlər bizə
məlumdur, lakin qeyd etmək istəyirəm ki, onlar süni xarakter
daşıyırdı. Ancaq Azərbaycanın bu problemlərə ciddi yanaşması
sayəsində ölkəmiz İtaliyaya enerji daşıyıcılarının təchizatını
yaxşılaşdıra bilib. Bizim İtaliyada Azərbaycan qazına artan
tələbatdan xəbərimiz var. Lakin bunun üçün TAP boru kəmərinin
ötürmə qabiliyyətinin artırılmasına ehtiyac var. Biz bunu
birtərəfli qaydada edə bilmərik, çünki TAP layihəsində bizim
payımız 20 faiz təşkil edir. Buna baxmayaraq, ümid edirəm ki,
bununla bağlı tezliklə qərar qəbul ediləcək, çünki TAP onsuz da tam
gücü ilə işləyir”, – deyə dövlətimizin başçısı bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir